Sakramentoda Azərbaycan musiqisi konserti keçiriləcək

Sakramentoda Azərbaycan musiqisi konserti keçiriləcək Konsertdə dirijorlar - Maykl Nyuman və Mustafa Mehmandarov çıxış edəcək
Mədəniyyət siyasəti
12 Oktyabr , 2017 15:43
Sakramentoda Azərbaycan musiqisi konserti keçiriləcək

Bakı. 12 oktyabr. REPORT.AZ/ ABŞ-ın Kaliforniya ştatının inzibati mərkəzində - Sakramentoda Azərbaycan musiqisi nümunələrinin ifa ediləcəyi konsert keçiriləcək.

"Report" xəbər verir ki, konsert noyabrın 5-də Sakramentodakı "Krest" teatrında (Crest Theatre) keçiriləcək.

Konsert zamanı Eduard Elqar, Cüzeppe Verdi, eləcə də Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.

Konsertdə dirijorlar - Maykl Nyuman və Mustafa Mehmandarov, həmçinin soprano Mərziyə Hüseynova çıxış edəcək.

Konsertdən sonra qonaqlar Azərbaycan mətbəxinin yeməkləri ilə tanış olacaqlar.

Son xəbərlər

Orphus sistemi