Qırğızıstanlı nazir: Azərbaycanla mədəni-humanitar yaxınlıq bundan sonra da inkişaf edəcək

Qırğızıstanlı nazir: Azərbaycanla mədəni-humanitar yaxınlıq bundan sonra da inkişaf edəcək Qırğızıstandan keçirilən Azərbaycan Mədəniyyət Günləri iki ölkə arasındakı dostluq münasibətlərinin növbəti göstəricisidir.
Mədəniyyət siyasəti
21 aprel 2025 18:21
Qırğızıstanlı nazir: Azərbaycanla mədəni-humanitar yaxınlıq bundan sonra da inkişaf edəcək

Qırğızıstandan keçirilən Azərbaycan Mədəniyyət Günləri iki ölkə arasındakı dostluq münasibətlərinin növbəti göstəricisidir.

“Report”un Bişkekə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Mirbek Mambetaliyev ölkənin Milli Filarmoniyasında keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin açılışında deyib.

Nazir ötən il Bakıda keçirilən Qırğızıstan Mədəniyyəti Günlərini xatırladıb:

“Mədəniyyət Günlərinin keçirilməsi xalqların bir-birini daha yaxından tanıması üçün əhəmiyyətlidir”.

Mirbek Mambetaliyev iki ölkənin mədəni-humanitar yaxınlığının bundan sonra da inkişaf edəcəyindən əmin olduğunu diqqətə çatdırıb.

Nazir Qırğızıstan Prezidenti Sadır Japarovun ötən ilin aprelində Bakıya səfərinə də toxunub.

Orphus sistemi