“Qağayı” tamaşasının premyerası olub

“Qağayı” tamaşasının premyerası olub Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli rus yazıçısı, dramaturq Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası nümayiş etdirilib.
Mədəniyyət siyasəti
26 Sentyabr , 2022 11:36
 “Qağayı” tamaşasının premyerası olub

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında görkəmli rus yazıçısı, dramaturq Anton Çexovun “Qağayı” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın premyerası nümayiş etdirilib.

“Report” xəbər verir ki, tamaşada Əməkdar artistlər Kəmalə Hüseynova, Nicat Kazımov, Rasim Cəfərov, Şövqi Hüseynov, aktyorlar Səbinə Məmmədova, Bəhram Həsənov, Kərəm Hadizadə, Anar Seyfullayev, Sevinc Mehrəliyeva, Anar Səfiyev, Aygün Fətullayeva, Manaf Dadaşov, Nurlan Süleymanlı, Mikayıl Əliyev, Elgün Yəhyayev, Araz Pirimov, Ümman Budaqov, Mətləb Abuşov iştirak ediblər.

Mövsümün ilk böyük tamaşasından öncə Azərbaycanın şəhid olmuş hərbçilərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə yubiley mövsümündə qarşıda duran yaradıcılıq işləri, təqdim olunacaq tamaşalar və baş tutacaq səfərlər haqqında danışıb.

Teatrın quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov isə çıxışında yeni təmirdən çıxmış teatr salonunda hər kəsi salamlayaraq, təmir-bərpa işlərindən sonra yeni texnoloji avanadlıqlar və səhnə texnikası ilə təchiz olunmuş teatrda bundan sonra daha gözəl tamaşaların ərsəyə gələcəyini bildirib.

Səhnə əsəri haqqında məlumat verən N.Kazımovun sözlərinə görə Azərbaycan teatr tarixində ilk dəfə müraciət olunan “Qağayı”da tamaşaçılar teatrın tanınmış aktyorları yanaşı, gənc və istedadlı aktyorlarını da görmək imkanı əldə ediblər.

Çıxışdan sonra tamaşa nümayiş etdirilib.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, tərtibatçı rəssamı Telman Şıxıyevdir.

Xoreoqrafik həll isə Nailə Məmmədzadəyə, musiqi tərtibatı Şamxal Novruzluya, fəndlərin quruluşu İsa Əsədova məxsusdur.

Son xəbərlər

Orphus sistemi