Polşada IV Beynəlxaq Türkoloji Konqres keçirilir

Polşada IV Beynəlxaq Türkoloji Konqres keçirilir Tədbir türk xalqlarının tarixi, mədəniyyəti və həmçinin onların hazırda və keçmişdə məskunlaşdıqları ərazilərin tədqiqatlarına həsr olunub
Mədəniyyət siyasəti
22 Sentyabr , 2016 15:55
Polşada IV Beynəlxaq Türkoloji Konqres keçirilir

Varşava. 22 sentyabr. REPORT.AZ/ Bu gün Polşada Varşava Universitetinin təşkilatçılığı ilə IV Beynəlxaq Türkoloji Konqres işə başlayıb. 

Azərbaycanın Polşadakı səfirliyindən "Report"un Şərqi Avropa bürosuna verilən məlumata görə, tədbir Türk dili və türk xalqlarının tarixi, mədəniyyəti və həmçinin onların hazırda və keçmişdə məskunlaşdıqları ərazilərin tədqiqatlarına həsr olunub. 

Tədbirdə Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Piotr Taracha, Türkologiya və digər xalqlar bölməsinin rəhbəri, doktor Agata Bareya-Stajınska, Türkiyənin Polşadakı səfirliyinin müvəqqəti işlər vəkili İstəm Circiroğlu, eləcə də Azərbaycanın bu ölkədəki səfiri Həsən Həsənov çıxış ediblər. 

Azərbaycan səfiri türk dünyasının qədim tarix, dil və ədəbiyyata malik olduğunu deyib, artıq ənənə halını alan tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Konqresin panel iclaslarında Türkiyə, Litva, Macarıstan, Qazaxıstan, Albaniya və başqa ölkələrdən gələn araşdırmaçılar türk xalqlarının tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, sosial problemləri və digər mövzularda məruzələrlə çıxış edəcəklər.

Qeyd edək ki, konqres sabah işini yekunlaşdıracaq. 

Son xəbərlər

Orphus sistemi