Polad Həşimovla bağlı film çəkilib
Mədəniyyət siyasəti
- 04 may, 2022
- 10:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla bağlı film çəkilib.
“Azərbaycanfilm” kinostudiyasından "Report"a verilən məlumata görə, “Poladın izi ilə” adlı ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub.
Filmin rejissoru və ssenari müəllifi Zamin Məmmədov, görüntü rejissoru Fahir İmanquliyev, məsləhətçisi Vüqar Əsgərov, montaj edəni Sabir Əskərzadə, səs rejissoru Mehman Nadirov, prodüseri Nazim Hüseynovdur. Çəkilişlər Bakıda və Qəbələdə aparılıb.
“Poladın izi ilə” sənədli filminin təqdimat mərasimi bu gün saat 19:00-da Nizami Kino Mərkəzində olacaq. Mərasimdə şəhid generalın ailə üzvləri, döyüş yoldaşları, dostları iştirak edəcəklər.
Son xəbərlər
08:14
Braziliya Libertadores Kubokunda titulların sayına görə liderliyə yüksəlib
Futbol
07:56
Tramp süni intellekt əvəzinə "superintellekt" terminindən istifadə olunmasını tələb edib
Digər ölkələr
07:11
Trampa bağlı kriptovalyutanın dəyəri iki saata 50 %-dən çox ucuzlaşıb
Digər ölkələr
06:48
Britaniyanın Əmək və Pensiyalar Nazirliyinə qarşı kiberhücum olub
Digər ölkələr
06:10
İran Hörmüz boğazı yaxınlığında ABŞ-yə məxsus kəşfiyyat PUA-sını vurub
Region
05:43
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
Region
05:08
Mourinyo hakim qərarlarından narazı qalıb
Futbol
04:45
Britaniya "DragonFire" lazer sistemlərinin sifarişini iki dəfə azaldıb
Digər ölkələr
04:13
İran Hörmüz boğazının şərqində tankerin minaya düşərək yandığını açıqlayıb
Region