Parisdə azərbaycanlı modelyerin moda kolleksiyası nümayiş olunub - FOTO

Parisdə azərbaycanlı modelyerin moda kolleksiyası nümayiş olunub - FOTO Nümayiş Parisin tarixi Van Dom meydanında yerləşən Ritz Otelində baş tutub
Mədəniyyət siyasəti
25 Yanvar , 2018 08:33
Parisdə azərbaycanlı modelyerin moda kolleksiyası nümayiş olunub - FOTO
Report

Paris. 24 yanvar. REPORT.AZ/ Fransanın paytaxtı Parisdə azərbaycanlı modelyer Günelin 2018-ci il yaz və yay moda kolleksiyası nümayiş olunub.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, onun əl işlərinin nümayişi Parisin tarixi Van Dom meydanında yerləşən məşhur ulduzların ünvanı Ritz Otelində baş tutub.

Təqdim olunan əl işləri Andersonun hekayəsi əsasında yaradılıb. Öz zərifliyi ilə seçilən bu füsunkar əl işlərinin nümayişində Parisin məşhur modelyerləri, incəsənət xadimləri iştirak ediblər. Günelin əl işləri artlq 6-cı dəfədir ki, Parisdə nümayiş etdirilir.

Azərbaycanlı modelyerin "Gyunel Couture"  adlanan Moda Evi Londonda yerləşir. Günel əl işlərinin böyük hissəsini Azərbaycanın zəngin mədəniyyəti, incəsənətindən ruhlanaraq yaradır.

Son xəbərlər

Orphus sistemi