Yuxarı
    Bağlamaq

    Parisdə Azərbaycan caz musiqisi səsləndirilib

    İsfar Sarabskinin çıxışı böyük maraqla qarşılanıb

    Bakı. 1 May. REPORT.AZ/ Beynəlxalq Caz Günü münasibətilə Parisin 20 rayonunda konsertlər təşkil edilib.

    "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Beynəlxalq musiqi günündə Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə ölkəmizin caz ustaları da iştirak ediblər.

    Caz musiqisinin fransalı pərəstişkarlarına yaxşı tanış olan, 2009-cu ildə Montröy beynəlxalq caz festivalının qalibi, respublikanın əməkdar artisti, “Zirva” dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabski paytaxtın beşinci meriyasında solo konsert verib, tamaşaçılara özünün bəstələdiyi, eyni zamanda, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini təqdim edib. Onun çıxışı böyük maraqla qarşılanıb.

    Mərhum bəstəkar Rafiq Babayev tərəfindən 1992-ci ildə yaradılan, 2002-ci ildən isə respublikanın əməkdar artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz ansamblı isə caz klubunda çıxış edib. Ansamblın ifasında UNESCO-nun qeyri-maddi mədəni irs siyahısaına daxil edilən müğam musiqisinin cazla sintez edilən musiqi nömrələri və gənc müğənni Arzu Həsənlinin oxuduğu xalq mahnıları tamaşılar tərəfindən rəğbətlə qarşılanıb.

    Azərbaycanlı virtuaz ifaçı Etibar Həsənlinin də solo konserti maraqla qarşılanıb. Gənc cazmen konsertdə azərbaycanlı bəstəkarlarla yanaşı, Avropa bəstəkarlarının da əsərlərini özünəməxsus tərzdə ifa edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi