Yuxarı

​Özbəkistanın tanınmış azərbaycanlı rəssamı Yusif Hüseynovun rəsm sərgisi təşkil olunub

Sərgidə Xocalı soyqırımına həsr olunan Analıq rəsmi də nümayiş etdirilir

Bakı. 5 mart. REPORT.AZ/ Daşkənddə Heydər Əliyev adına Mədəniyyət Mərkəzində tanınmış azərbaycanlı rəssam Yusif Hüseynovun "Pərdəarxası" adlı fərdi sərgisinin açılışı olub.

Mərkəzdən "Report"a verilən məlumata görə, sərginin açılışında çıxış edən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü olan rəssam Yusif Hüseynovun yaradıcılığı haqqında danışıb, azərbaycanlıların Özbəkistanın mədəni həyatında daim fəal olduqlarını qeyd edib.

Sərgidə çıxış edən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru Erkin Nuriddinov Azərbaycan mədəniyyətinin son zamanlar Özbəkistanda təbliği, Özbəkistanda yaşayıb yaradan azərbaycanlıların irsinin öyrənilməsi və əbədiləşdirilməsi istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb.

Yusif Hüseynovun "Pərdəarxası" adlı fərdi sərgisində ümumilikdə rəssamın 18 əsəri bir ay müddətində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan-Azərbaycan Dostluq Muzeyində nümayiş olunacaq. Sərgidə Xocalı soyqırımına həsr olunan "Analıq" rəsmi də nümayiş etdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi