Yuxarı
    Bağlamaq

    Özbəkistanda keçirilən "Atlas Festivalı"nda Azərbaycan kəlağayıları və ipəyi nümayiş etdirilib

    Bununla əlaqədar Margilan şəhər Mərkəzi Muzeyində Azərbaycan sərgisi təşkil olunub

    Bakı. 13 sentyabr. REPORT.AZ/ YUNESKO-nun Özbəkistan təmsilçiliyi və bu ölkənin Mədəniyyət və İdman Nazirliyi, Fərqanə Vilayət Hakimiyyətinin birgə təşkilatçılığı ilə Margilan şəhərində "Atlas Festivalı" keçirilib.

    Azərbaycanın Özbəkistandakı səfirliyindən “Report”a verilən məlumata görə, festivalda Özbəkistanın müxtəlif regionlarında ipəkçilik sahəsində fəaliyyət göstərən sənətkarlar, habelə Margilan ipəyindən hazırlanan parçalar, milli geyimlər nümayiş olunub.

    Atlas Festivalında” Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan kəlağayılarını və ipəkdən hazırlanmış Azərbaycan geyimlərini nümayiş etdirib.

    Bununla əlaqədar Margilan şəhər Mərkəzi Muzeyində Azərbaycan sərgisi təşkil olunub. İpəkdən hazırlanan Azərbaycan kəlağayıları iştirakçıların böyük marağına səbəb olub.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi