Yuxarı

Novruz bayramında Azərbaycanda türk xalq rəqsləri, sənətkarların əl işləri nümayiş olunacaq

Tədbirlər Gəncə, Şəki, Bakı, Naxçıvanda keçiriləcək

Bakı. 12 mart. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyi Yunus Əmrə İnstitutu ilə birgə Novruz bayramı ilə əlaqədar Azərbaycanda tədbirlər keçirəcək.

Türkiyənin Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, tədbirlər çərçivəsində türk xalq rəqsləri, sənətkarların əl işləri nümayiş olunacaq.

Məlumata əsasən, martın 19-da tədbir Gəncədə, martın 20-də Şəkidə, martın 21-də Bakıda, martın 22-də isə Naxçıvanda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi