Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər

Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər Azərbaycan tərəfdən müvafiq ərizə ilə müraciət olunub
Mədəniyyət siyasəti
133
21 Noyabr , 2016 16:37
Lavaş YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilə bilər

Bakı. 21 noyabr. REPORT.AZ/ Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində noyabrın 28-dən dekabrın 2-dək YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Komitəsinin növbəti iclası keçiriləcək.

"Report" YUNESKO-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas iştirakçıları YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin reprezentativ siyahısına populyar ənənələr və yaradıcılıq formalarının - ənənəvi nəğmələrin, mərasimlərin və bayramların daxil edilməsi üçün 37 yeni ərizəyə baxacaq.

Qarşıdakı iclasda baxılacaq müraciətlər arasında Novruz bayramının da qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi ilə bağlı ərizə olacaq. Müvafiq müraciət bir neçə ölkə - Azərbaycan, Əfqanıstan, Hindistan, İran, İraq, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən edilib.

Azərbaycan, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyə eyni zamanda lavaşın hazırlanma ənənəsinin də YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınması üçün müraciət edib.

Son xəbərlər

Orphus sistemi