Mədəniyyət Nazirliyi "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı hazırlanan yekun rəyi Nazirlər Kabinetinə təqdim edib.
“Report”un əldə etdiyi məlumata görə, Nazirlər Kabineti yaxın günlərdə binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı qərar verəcək.
Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq binanı yeni aşkar olunan tarixi abidələr siyahısına salıb. Bundan sonra iyun ayında Nazirlər Kabineti kinoteatrın yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına rəy verməsi üçün Azərbaycan
Xatırladaq ki, Bakı şəhəri Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən və “Malakanların evi” kimi tanınan tarixi bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. "Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti