Nazir Xalça Muzeyinin direktorunu vəzifəsindən azad edib

Nazir Xalça Muzeyinin direktorunu vəzifəsindən azad edib Onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi icra edəcək
Mədəniyyət siyasəti
327
25 Dekabr , 2015 12:08
Nazir Xalça Muzeyinin direktorunu vəzifəsindən azad edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva təqaüdə göndərilir. “Report”un xəbərinə görə, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında bəyan edib.

O, 71 yaşlı R.Tağıyevanın işinə 1 yanvar 2016-cı il tarixində son veriləcəyini bildirib.

R.Tağıyevaya fəaliyyətinə görə təşəkkür edən nazir onun vəzifəsini müvəqqəti olaraq muzeyin baş mühafizi Mira Məmmədxanovanın icra edəcəyini bildirib.

Xatırladaq ki, bu ayın əvvəlində nazirlik R.Tağıyevaya şiddətli töhmət elan etmiş, muzeyin baş mühasibi isə işdən azad edilmişdi.

Son xəbərlər

Orphus sistemi