Nazir Tbilisidə görkəmli azərbaycanlıların panteonunu ziyarət edib

Nazir Tbilisidə görkəmli azərbaycanlıların panteonunu ziyarət edib Mədəniyyət naziri Anar Kərimov Tbilisidə, Milli Botanika bağı ərazisində yerləşən görkəmli azərbaycanlıların dəfn olunduğu panteonu ziyarət edib.
Mədəniyyət siyasəti
7 İyul , 2021 13:54
Nazir Tbilisidə görkəmli azərbaycanlıların panteonunu ziyarət edib

Mədəniyyət naziri Anar Kərimov Tbilisidə, Milli Botanika bağı ərazisində yerləşən görkəmli azərbaycanlıların dəfn olunduğu panteonu ziyarət edib.

“Report”un yerli bürosu xəbər verir ki, nazir dövlət xadimləri, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları - Fətəli Xan Xoyski, Həsən bəy Ağayev, böyük ədiblər - Mirzə Fətəli Axundov və onun ailə üzvləri, Mirzə Şəfi Vazehin məzarları üzərinə gül dəstələri düzüb.

Ziyarətdə Gürcüstanın mədəniyyət, gənclər və idman nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, "SOCAR Energy Georgia" şirkətinin Baş direktoru Mahir Məmmədov da iştirak edib.

Azərbaycan nümayəndə heyəti görkəmli ictimai-siyasi xadim, yazıçı, publisist Nəriman Nərimanovun xatirə muzeyinə də baş çəkib, mədəniyyət ocağının fəaliyyəti və ekspozisiyası ilə tanış olub.

Son xəbərlər

Orphus sistemi