Nazir Əbülfəs Qarayev xalq yazıçısının evinə gedib

Nazir Əbülfəs Qarayev xalq yazıçısının evinə gedib Maqsud İbrahimbəyova “Şərəf” ordeni təqdim edilib
Mədəniyyət siyasəti
22 Yanvar , 2016 15:05
Nazir Əbülfəs Qarayev xalq yazıçısının evinə gedib

Bakı. 22 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf” ordenini təqdim edib.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, nazir Ə.Qarayev yanvarın 22-də Maqsud İbrahimbəyovun yaşadığı evə gedib və xalq yazıçısının mənzilində təqdimetmə mərasimi keçirilib.

Nazir qeyd edib ki, Azərbaycan teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə 2015-ci il mayın 7-də M.İbrahimbəyov “Şərəf” ordeni ilə təltif edilib.

Ə.Qarayev bildirib ki, M.İbrahmbəyov Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhvələr verib. O, M.İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirib. Həmçinin, yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırılıb.

M.İbrahimbəyov yaradıcılığına verilən yüksək qiymətə və diqqətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, xalq yazıçısı Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakıda anadan olub. O, 1976-cı ildə Azərbaycan dövlət mükafatı laureatı, 1979-cu ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1988-ci ildə Azərbaycan xalq yazıçısı, 1995-ci ildə “Şöhrət” və 2005-ci ildə “İstiqlal” ordenləri ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi