"Nine Senses Fest" beynəlxalq mənəvi və fiziki təcrübələr festivalında hedlayner kimi iştirak etdiyim üçün çox məmnunam".
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri Nandan Qautam məlumat verib.
Onun sözlərinə görə, bu festival iştirakçılara yoqa sahəsində bilik və təcrübə mübadiləsi aparmağa imkan verəcək: “Yoqa haqqında yalnız kitablardan oxuya bilməzsiniz. Həyatım boyu yoqa ilə bağlı kitab oxumamışam. Hər şey öz təcrübəmin nəticəsidir, çünki yoqa yalnız nəzəriyyə ilə məhdudlaşmır. Məsələn, üzə bilmədən üzgüçülük üzrə bakalavr dərəcəsi almaq mümükün deyil. Azərbaycanda bu qədər insanın yoqa ilə maraqlandığını görmək məni çox sevindirir, çünki bu təcrübə vasitəsilə onlar xoşbəxtliyin mahiyyətini dərk edə bilirlər. Xahiş edirəm "yoqa" sözünü unudun və onu "xoşbəxtlik" sözü ilə əvəz edin”.
Qeyd edək ki, oktyabrın 6-dan 8-dək Bakıda möhtəşəm mənəvi və fiziki təcrübələr festivalı – “Nine Senses Fest” keçiriləcək.