Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırlanıb

Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırlanıb Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə video-çarx hazırlayıb.
Mədəniyyət siyasəti
21 Yanvar , 2021 19:35
Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırlanıb

Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsi çərçivəsində Müqəddəs Məryəm Ana Katolik Kilsəsi barədə videoçarx hazırlayıb.

“Report” xəbər verir ki, Müqəddəs Məryəm Ana Katolik Kilsəsi Bakıda 1912-ci ildə neft maqnatları – Rılskilər ailəsi tərəfindən “Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi” kostyolu - polyak katolik kilsəsi inşa (memarı İ.K.Ploşko) edilib. Bolşeviklər tərəfindən uçurulan Müqəddəs Məryəm ana kilsəsinin xatirəsinə həsr edilən kilsənin tikintisi 2007-ci ilin fevralında yekunlaşıb.

7 mart 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Vatikanın dövlət katibi kardinal Tarçizio Bertonenin kilsənin rəsmi açılış mərasimində iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi