Bakı. 31 yanvar. REPORT.AZ/ "Mənim evim - Moskva" Milli Mədəniyyətlər Festivalı fevralın 3-də Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan Mədəniyyəti Günləri təşkil edəcək.
"Report" Moskva meriyasının rəsmi saytına istinadən xəbər verir ki, festival iştirakçıları tədbir çərçivəsində Azərbaycanın mədəniyyəti ilə tanış ola, milli yeməklərin dadına baxa və xalq yaradıcılığı üzrə master-klassda iştirak edə biləcəklər.
Bununla yanaşı, həmin gün Moskva Pionerlər Sarayında Azərbaycanın milli geyimlərinin və rəssamlarının əsərlərinin sərgisi, akvaqrim və xalq çalğı alətlərində ifa üzrə tematik master-klasslar keçiriləcək.
Festival iştirakçıları həmçinin uşaqlar üçün nəzərdə tutulan "Cırtdanın nağılı" tamaşasını izləyə biləcəklər.
Tədbirə giriş pulsuzdur.