Yuxarı

​Misir səfirliyinin mədəniyyət müşaviri Elmin İnkişafı Fondunda olub

Tərəflər əməkdaşlığın genişləndirilməsi sahəsində təklifləri müzakirə ediblər

Bakı. 11 mart. REPORT.AZ/ Misirin Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri, Misir Mədəniyyət Mərkəzinin müdiri Əhməd Sami Elaydi Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunda olub. 

Mərkəzdən "Report"a verilən məlumata görə, qurumun icraçı direktoru Elçin Babayev qonağa Fondun yaranma tarixindən, fəaliyyətə başladığı vaxtdan bir çox təqdiqatçılara göstərilən köməklərdən, dövlət tərəfindən ayrılan qrantlar vasitəsilə Azərbaycan alimlərinə xarici ölkələrin arxivlərində işləmək imkanının yaradılmasından söhbət açıb. 

Öz növbəsində S. Elaydi Azərbaycandakı fəaliyyətindən, elmi və mədəni sahəyə olan maraqlarından danışıb. Daha sonra tərəflər əməkdaşlığın genişləndirilməsi sahəsində bir sıra müştərək tədbirlərin, müsabiqələrin keçirilməsi barədə təklifləri müzakirə ediblər. 

Sonra Misir Mədəniyyət Mərkəzinin rəhbəri Fondun rəhbərliyini və əməkdaşlarını Misir tarixi və mədəniyyəti ilə tanış olmaq üçün Misir Mədəniyyət Mərkəzinə dəvət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi