"Mən qadınam” ssenari müsabiqəsinin qalibləri elan olunub

"Mən qadınam” ssenari müsabiqəsinin qalibləri elan olunub Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti öz işinə yekun vurub.
Mədəniyyət siyasəti
1 Avqust , 2022 12:34
Mən qadınam” ssenari müsabiqəsinin qalibləri elan olunub

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti işinə yekun vurub.

Bu barədə "Report"a AKİ-dən məlumat verilib.

Qeyd edilib ki, müsabiqənin keçirilməsinin əsas məqsədlərindən biri də müasir Azərbaycan qadının obrazını bütün dolğunluğu ilə tamaşaya çatdıran ssenarilərin çoxalması, qadın müəlliflərinin aktivliyinin artması, cəmiyyətimizdə gender münasibətlərində harmoniyaya çağırışı idi.

Müsabiqənin münsiflər heyətinin sədri Nadir Bədəlov və münsiflər heyətinin üzvləri Əli İsa Cabbarov, Vaqif Azəryar, Sevda Sultanova, Asif Rüstəmov müsabiqəyə qatılmış 100 ssenaridən 20 əsəri finala buraxıblar.

Müəlliflər arasında qadın müəlliflər aktiv iştirak edib. Belə ki, təqdim edilən ssenarilərin 60 faizi qadın müəllif olub. Müsabiqənin təşkilatçılarının məqsədləri arasında xanım müəlliflərin aktivliyinin artırılması da var idi.

“Mən qadınam” ssenari müsabiqəsinin qaliblərini elan edirik:

1-ci yer – “Dilbər”, ssenari müəllifi Orxan Məmmədli;

2-ci yer “Zənbil”, ssenari müəllifləri Mirmehdi Ağaoğlu, Mətləb Muxtarov;

3-cü yer “Neçəyədir?”, ssenari müəllifi Günel Şamilqızı;

Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb (ssenarilərin adlarının baş hərflərinin əlifba sırası ilə təqdim edirik)

“Çiyələyin dadı” (ssenari müəllifi Arzuman Mirzəsoy) – “Parlaq vizual obrazlar və atmosfer həllinə görə”;

“Qar əriyəndə” (ssenari müəllifi Leyla Əliyeva)– “Klıçkova, humanist və bəşəri ideyaların ifadəsinə görə”;

“Qonşular nə deyər” (ssenari müəllifi Leyla Nəsibli) – “Qəhrəmanın psixoloji portretini dəqiq çızdığına görə”;

Azərbaycan Kineamtoqrafçılar İttifaqının katibliyi müsabiqəyə qatılan bütün müəlliflərə minnətdarlığını bildirir. Katiblikdən bildiriblər ki, ssenari müsabiqəsini milli kinomuzun inkişafına təsir edə biləcək bir mexanizm sayırlar, hər il müxtəlif mövzulu və formatlı ssenari müsabiqələrinin keçirilməsini planlayırlar.

Xatırladaq ki, müsabiqənin 1-ci yer qalibi 2000 manat, 2-ci yer qalibi 1500 manat, 3-cü yer qalibi 1000 manat pul mükafatı da qazanıb.

Son xəbərlər

Orphus sistemi