Yuxarı

Meksikada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti oxunub

Bakı. 29 dekabr. REPORT.AZ/ Azərbaycanın Meksikadakı səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib. 

Səfirlikdən "Report"a verilən məlumata görə, Meksikada yaşayan azərbaycanlı icmasının nümayəndələri – tanınmış elm və mədəniyyət xadimləri də daxil olmaqla cəmiyyətin müxtəlif təbəqələrindən olan soydaşlarımız iştirak ediblər.

Səfir İlqar Muxtarov ənənəvi olaraq hər il keçirilən bu tədbirin həmrəylik və milli birliyin bir nümayişi olduğunu diqqətə çatdırıb, həmvətənlərini Azərbaycanın təbliği və dövlət maraqlarının təmin edilməsi istiqamətində əməkdaşlığı gücləndirməyə dəvət edib.

Sonra tədbir iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti oxunub.

Tədbirdə Azərbaycanın milli mətbəx nümunələrindən ibarət ziyafət verilib, xalq musiqiləri səsləndirilib.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi