Meksikanın Azərbaycandakı səfirliyi İllik Bazarda iştirak edib

Meksikanın Azərbaycandakı səfirliyi İllik Bazarda iştirak edib Meksikanın Azərbaycandakı səfirliyi mayın 31-də Bakıda Britaniya Məktəbi tərəfindən sayca üçüncü keçirilən İllik Bazarda iştirak edib.
Mədəniyyət siyasəti
31 May , 2019 20:12
Meksikanın Azərbaycandakı səfirliyi İllik Bazarda iştirak edib

Meksikanın Azərbaycandakı səfirliyi mayın 31-də Bakıda Britaniya Məktəbi tərəfindən sayca üçüncü keçirilən İllik Bazarda iştirak edib.

“Report” xəbər verir ki, tədbirdə Meksika mədəniyyətinin, milli mətbəxinin müxtəlif nümunələri, xalqının adət-ənənələri, turizm imkanları haqqında əyani vasitələr təqdim olunub.

Tədbirdə çıxış edən Meksika səfiri Rodriqo Labardini qarşıdan gələn Beynəlxalq Uşaqları Müfdafiə Günü münasibətilə məktəbliləri təbrik edərək tədbirin müxtəlif millətlər arasında yaxınlaşma və qarşılıqlı anlaşma baxımdan əhəmiyyətini vurğulayıb.

Tədbir iştirakçıları tərəfindən Meksika səfirliyinin keçirdiyi mədəni layihələrlə yanaşı, həmin ölkədə təhsil imkanları, o cümlədən tələbə mübadiləsilə bağlı təqaüd proqramlarına xüsusi maraq göstərilib. Bununla bağlı Azərbaycanla Meksika arasında turizm, idman, təhsil və s. sahələri əhatə edən əlaqələrin inkişafına dair ətraflı məlumatlar verilib.

Son xəbərlər

Orphus sistemi