Yuxarı

Mədəniyyət və Turizm Nazirliyi ilk Avropa Oyunlarına dəstək aksiyası keçirib

Aksiya Menecment Universitetində başlayıb Xalça Muzeyində başa çatıb

Bakı. 10 iyun. REPORT.AZ/ Azərbaycan Turizm və Menecment Universiteti və Bakı Turizm Peşə Məktəbinin tələbələrinin iştirakı ilə idman qaçışı keçirilib. "Report" xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi aksiya "Bakı 2015" I Avropa Oyunları ilə əlaqədar mədəniyyət və turizm sahələrində təbliğat işinin gücləndirilməsi tədbirləri çərçivəsində baş tutub.  

Məlumatda qeyd olunub ki, Azərbaycan gəncləri "Bakı 2015" ilk Avropa Oyunlarının Azərbaycanın tanıdılmasında və beynəlxalq imicinin formalaşmasında, habelə ölkənin qüdrətinin dünyaya nümayış olunmasında oynadığı rolunu dərk edərək, sözün əsl mənasında möhtəşəm oyunlarından kənarda durmaq istəmədikləri üçün, onun təbliğində yaxından iştirak etmək arzusunda olduqlarını bildiriblər.

"Bakı 2015" I Avropa Oyunlarına dəstək" aksiyası Azərbaycan Turizm və Menecment Universitetində başlayıb və Bakı Bulvarında davam edilərək Azərbaycan Xalça Muzeyində tamamlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi