Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşları qəbul edəcək Qəbul Şəki Dövlət Dram Teatrında keçiriləcək
Mədəniyyət siyasəti
12 Avqust , 2016 13:49
Mədəniyyət və turizm naziri Şəkidə vətəndaşları qəbul edəcək

Bakı. 12 avqust. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəki şəhərində Şəki, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan sakinləri qəbul edəcək.

Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbul avqustun 19-da saat 11:00-da Şəkinin S.Rəhman adına Şəki Dövlət Dram Teatrında keçiriləcək.

Vətəndaşlar nazirliyin elektron xidmətlər saytı ([email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az) və telefon məlumat sistemi (qaynar xətt: 147 və ya (012) 493-55-21) vasitəsi ilə qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi