Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni direktor təyinatları edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni direktor təyinatları edib Bir neçə musiqi məktəbinin direktoru dəyişdirilib
Mədəniyyət siyasəti
157
13 Noyabr , 2015 18:40
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni direktor təyinatları edib

Bakı. 13 noyabr. REPORT. AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni təyinatlar edib. "Report" xəbər verir ki, Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyinin strukturunda olan L.və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbində və K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbində yeni direktor təyinatları olub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə uyğun olaraq, Məmməd Həsən oğlu Quliyev L. və M. Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbinin, Fikrət Vəli oğlu Budaqov isə K.Səfərəliyeva adına 16 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru təyin edilib.

Qeyd edək ki, bu təyinatadək M. Quliyev Azərbaycan Dövlət Konservatoriyasının professoru, F. Budaqov isə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktor müavini vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi