Mədəniyyət sahəsində islahatlar: İşçi qruplar təkliflər layihəsi hazırlayır

Mədəniyyət sahəsində islahatlar: İşçi qruplar təkliflər layihəsi hazırlayır İslahatların əsas mahiyyəti və məqsədi Mədəniyyət Nazirliyinin regional idarəetmə sistemini formalaşdırmaq idi. 2017-ci ilə qədər mövcud olan mədəniyyət şöbələri birləşdirildi, 60 şöbənin əvəzinə 15 regional mədəniyyət idarəsi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yaradıldı.
Mədəniyyət siyasəti
1 May , 2019 17:16
Mədəniyyət sahəsində islahatlar: İşçi qruplar təkliflər layihəsi hazırlayır

"İslahatların əsas mahiyyəti və məqsədi Mədəniyyət Nazirliyinin regional idarəetmə sistemini formalaşdırmaq idi. 2017-ci ilə qədər mövcud olan mədəniyyət şöbələri birləşdirildi, 60 şöbənin əvəzinə 15 regional mədəniyyət idarəsi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi yaradıldı".

Bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib. 

O xatırladıb ki, Prezident İlham Əliyev 2019-cu ilin yanvarın 15-də Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin əhatə etdiyi bütün sahələr üzrə yeni bir sistemin formalaşdırılması ilə bağlı tapşırıqlar verilib, müvafiq dövlət komissiyası yaradılıb: "Dərhal sonra Mədəniyyət Nazirliyində fərmanın icrası məqsədilə əmr imzalanıb və müvafiq sahələr üzrə İşçi qruplar yaradılıb. Hazırda İşçi qruplar təkliflər layihəsi üzərində işləyirlər". 

Son xəbərlər

Orphus sistemi