Mədəniyyət nazirinin birinci müavini Ağsuda baxış keçirib, məktəb binasının qəzalı olduğu aşkarlanıb

Mədəniyyət nazirinin birinci müavini Ağsuda baxış keçirib, məktəb binasının qəzalı olduğu aşkarlanıb Mədəniyyət nazirinin birinci müavini Ağsudakı mədəniyyət müəssisələrinə baxış keçirib. Regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirini
Mədəniyyət siyasəti
23 Fevral , 2023 09:27
Mədəniyyət nazirinin birinci müavini Ağsuda baxış keçirib, məktəb binasının qəzalı olduğu aşkarlanıb

Mədəniyyət nazirinin birinci müavini Ağsudakı mədəniyyət müəssisələrinə baxış keçirib.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, regionlarda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin iş şəraiti və maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsi məqsədilə mədəniyyət nazirinin birinci müavini Adil Kərimli nazirliyin məsul şəxsləri ilə birlikdə Ağsu rayonundakı Heydər Əliyev Mərkəzi, Mərkəzi Kitabxana, Mədəniyyət Mərkəzi, Mədəniyyət evi, Ağsu şəhər Uşaq Musiqi Məktəbi və Ağsu Tarix-Diyarşünaslıq Muzeyinə baxış keçirib. Həmin müəssisələrin fəaliyyəti ilə tanışlıq zamanı əməkdaşların iş şəraitinin yaxşılaşdırılması, yaradıcı insanların, o cümlədən, istedadlı gənclərə dəstək göstərilməsi, onların yerli və ölkə əhəmiyyətli müsabiqələrdə təmsil olunmasına şərait yaradılması, tədris şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.

84 nəfər müəllim və texniki işçi heyətinin çalışdığı, 271 şagirdin təhsil aldığı Ağsu şəhər Uşaq Musiqi Məktəbinə baxış zamanı məktəb binasının qəzalı vəziyyətdə olduğu və belə şəraitdə tədrisin davam etdirilməsinin mümkünsüzlüyü müəyyən edilib. Rayon üzrə Fövqəladə Hallar Komissiyasının müvafiq aktı öyrənildikdən sonra hazırkı vəziyyətdə tədrisin mövcud binada davam etdirilməsinin təhlükəli olduğu bildirilib. Müəllim və şagird heyətinin müvəqqəti olaraq binadan çıxarılması, tədrisin bu müddətdə digər binada davam etdirilməsinə qərar verilib.

Son xəbərlər

Orphus sistemi