Maestro Niyazinin anadan olmasının 110-cu ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub

Maestro Niyazinin anadan olmasının 110-cu ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub Görkəmli dirijor və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı maestro Niyazinin anadan olmasının 110-cu ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.
Mədəniyyət siyasəti
20 Avqust , 2022 11:13
Maestro Niyazinin anadan olmasının 110-cu ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub

Görkəmli dirijor və dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı maestro Niyazinin anadan olmasının 110-cu ildönümü münasibətilə sənətkarın məzarı ziyarət olunub.

"Report" xəbər verir ki, Mədəniyyət Nazirliyinin nümayəndələri, ictimai xadimlər, Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin əməkdaşları, tanınmış mədəniyyət xadimləri, bəstəkarlar Fəxri xiyabana gələrək, maestronun məzarı önünə gül dəstələri düzüblər.

Anım günündə görkəmli sənətkarın Azərbaycanın musiqi mədəniyyətinin inkişafındakı xidmətləri vurğulanıb.

Bildirilib ki, Niyazi Azərbaycan xalqının milli sərvətidir və onun adı hər zaman böyük ehtiramla anılır. O, nəinki Azərbaycanın, eyni zamanda, bütün türk dünyasının musiqi mədəniyyətinin inkişafında xidmətləri olan şəxsiyyətdir.

Diqqətə çatdırılıb ki, Niyazinin yaradıcılığında ona dünya şöhrəti gətirən dirijorluq olub. Lakin o, bəstəkarlıqda da uğur qazanıb. “Rast” simfonik muğamı, “Xosrov və Şirin” operası və “Çitra” baleti Niyazinin bəstəkarlıq fəaliyyətində xüsusi yer tutur. Məşhur hind yazıçısı Rabindranat Taqorun “Çitranqada” fəlsəfi dramı əsasında yazılmış “Çitra” baletinə görə Hindistanın Cəvahərləl Nehru beynəlxalq mükafatını alıb.

Maestro Niyazi bir sıra dövlət mükafatlarına, SSRİ Xalq artisti fəxri adına layiq görülüb, orden və medallarla təltif edilib.

Son xəbərlər

Orphus sistemi