Yuxarı

Küveytdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Tədbirdə “Vətənsevər Dostluq Cəmiyyəti”, həmçinin ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın Küveytdəki səfirliyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, mərasimdə Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizi özündə birləşdirən “Vətənsevər Dostluq Cəmiyyəti”, həmçinin ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Öncə tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına ünvanladığı müraciət oxunub. Daha sonra tədbir iştirakçılarına Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixi və bu şərəfli tarixin yaradıcısı ümummilli lider Heydər Əliyevin xidmətləri barədə məlumat verilib.

Tədbirdə Azərbaycan Respublikasının istiqlaliyyət əldə etməsinin dünya azərbaycanlılarının milli qürurunun inkişafına böyük təkan verməsi, həmçinin milli dirçəlişin güclənməsinə tələbatın daha da artdığı bir dövrdə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününün elan edilməsinin əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, tədbirdə “Vətənsevər Dostluq Cəmiyyəti”nin sədri Könül Hacızadə çıxış edib, həmvətənlərimizi bayram münasibətilə təbrik edib.

Tədbirin sonunda bayram ziyafəti verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi