Yuxarı

Kolumbiya Azərbaycanla təhsil və mədəniyyət sahəsində əməkdaşlığı möhkəmləndirmək niyyətindədir

Səfirlik Kolumbiya mətbəxinə həsr olunan tədbir keçirməyi planlaşdırır

Bakı. 17 aprel. REPORT.AZ/ Kolumbiya Azərbaycanla təhsil və mədəniyyət sahəsində əməkdaşlıqda maraqlıdır. Bu barədə "Report"a Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Joze Gater bildirib.

"Biz daha çoxlu sayda mədəniyyət tədbirləri keçirməyi planlaşdırırıq. Mədəniyyət və təhsil sahələri Kolumbiya və Azərbaycan arasında inkişaf etdirmək istədiyimiz ən mühüm sahələrdir", - A.Gater qeyd edib. 

O qeyd edib ki, Azərbaycan və Kolumbiya arasında ikitərəfli münasibətlər inkişaf edir, buna hər iki ölkənin rəsmi şəxslərinin səfərləri imkan yaradır. Onun sözlərinə görə, bu il ölkələr arasında Xarici İşlər Nazirlikləri səviyyəsində məsləhətləşmələrin növbəti raundunun keçirilməsi planlaşdırılır. Görüş Kolumbiyanın paytaxtı Boqotada baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi