Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib Ukrayna Milli Musiqi Akademiyası və Azərbaycan Dövlət Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb
Mədəniyyət siyasəti
12 Dekabr , 2016 11:06
Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib

Kiyev. 12 dekabr. REPORT.AZ/ Dekabrın 11-də Kiyevdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş klassik musiqi konserti keçirilib.

"Report"un Ukrayna bürosunun verdiyi məlumata görə, tədbir P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının Böyük zalında keçirilib və Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən təşkil olunub.

Konsertdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Ukrayna Azərbaycanlıları birgə Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları birgə Konqresinin sədri Hikmət Cavadov, Ukrayna Azərbaycan Gəncləri İttifaqının rəhbəri İlhamə Allahverdiyeva, diplomatlar, mədəniyyət xadimləri, diaspor nümayəndələri iştirak ediblər.

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev gecənin açılış mərasimində giriş nitqi ilə çıxış edib. "Heydər Əliyev Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafına əvəzsiz töhfələr verib. Heydər Əliyev kimi böyük bir şəxslə işləmək imkanım olduğuna görə şadam. Buna görə də unikal həyat və dövlətçilik məktəbi keçməyi bacarmışam", - deyə A.Xudiyev bildirib.

Konsertdən əvvəl P.İ.Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyası və Azərbaycan Dövlət Musiqi Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

İştirakçılar qarşısında Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə "Kiyev kamerata"sı Milli Solistlər Ansamblı, Azərbaycanın əməkdar artisti, tarzən Sahib Paşazadə, tarzən Andrey Tuçapets, beynəlxalq müsabiqələrin laureatı Kseniya Baxritdinova (soprano), Rəvan İsmayılov (xalq nəğmələri) çıxış edib.

Tədbirdə Fikrət Əmirovun simli alətlər orkestri üçün "Nizami" simfoniyası, Vasif Adıgözəlovun "Qərənfil" romansı, Yevgeni Stankoviçin "Dağ əfsanəsi", Qara Qarayevin "Yeddi gözəl" baletində "Aişənin rəqsi" və digər musiqi əsərləri səsləndirilib.

Son xəbərlər

Orphus sistemi