"Beyinlərdə kinoya, sənətə münasibət dəyişməlidir".
Bu fikirləri Kinorejissor və kinoşünas, ssenarist, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru, əməkdar incəsənət xadimi Ayaz Salayev "Report"a müsahibəsi zamanı deyib.
İncəsənət xadimi bildirib ki, islahatlar, texniki imkanların genişləndirilməsi, maliyyə vəsaitinin ayrılması kinonun inkişafına kömək edə bilər: "Lakin burada əsas məqam beyindir. Kinoya gələn rejissorların, sənətkarların beyinlərində dəyişiklik olmalıdır".
"Çarli Çaplin deyir ki, uşaqlığımda atama deyirdim ki, oyuncaqlarım yoxdur. Atam isə başımı göstərərək bildirirdi ki, budur sənin oyuncağın. Bir sözlə inqilab birinci beyində başlamalıdır. Beyinlərdə kinoya, sənətə münasibət dəyişməlidir. Digər şeylər isə bu inkişafa ya kömək, ya da mane ola bilər", - o vurğulayıb.
A.Salayevin müsahibəsinin tam mətni ilə buradan tanış ola bilərsiniz.