Yuxarı

Kino işçilərinin peşə bayramı münasibətilə tədbir keçiriləcək

Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq

Bakı. 26 iyul. REPORT.AZ/ 2 avqust - Kino işçilərinin peşə bayramı günüdür. “Report” Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, həmin gün Nizami Kino Mərkəzində bayram tədbiri keçiriləcək.

Mədəniyyət və incəsənət xadimlərinin, kino ictimaiyyətinin iştirak edəcəyi tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası tərəfindən hazırlanmış Ayaz Salayevin “Qarabağın həsrət salnaməsi” layihəsi və “40-cı paraleldə” kinoalmanaxı təqdim olunacaq. Almanaxa “Qara bağ” (rejissor Amil Məmiyev), “Onun atası” (Zamin Məmmədov), “Postskriptum” (Emin Mirabdullayev), “Hədiyyə” (Emin Əfəndiyev) qısametrajlı filmlər daxildir.

Tədbir zamanı bir qrup kino veteranı mükafatlandırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi