İsveçli rejissor Naxçıvan və İrəvanla bağlı film çəkəcək

İsveçli rejissor Naxçıvan və İrəvanla bağlı film çəkəcək Naxçıvanda səfərdə olan isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidovla görüşüb, kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Mədəniyyət siyasəti
7 Noyabr , 2023 23:52
İsveçli rejissor Naxçıvan və İrəvanla bağlı film çəkəcək

Naxçıvanda səfərdə olan isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq muxtar respublikanın mədəniyyət nazirinin müavini Həsən Seyidovla görüşüb, kino sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, görüşdə yeni layihələr barədə danışılıb.

Rejissor bildirib ki, Naxçıvan və İrəvanla bağlı film hazırlanacaq. Həmçinin İsveç Krallığında muxtar respublika ilə bağlı fotoşəkillərdən ibarət sərgi təşkil olunacaq.

Qeyd edək ki, isveçli rejissor tarix və mədəniyyət abidələri - “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi və Əlincəqala tarixi abidəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini Mədəni Abidə Kompleksi, Heydər Əliyev Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Naxçıvan Dövlət Rəsm Qalereyası ilə tanış olub, çəkilişlər aparıb.

Həmçinin Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Mikael Silkeberqin müəllifi olduğu “Xarıbülbül əfsanəsi” sənədli filminə baxış olub.

Son xəbərlər

Orphus sistemi