Azərbaycanda II Beynəlxalq Novruz Festivalı keçiriləcək

Azərbaycanda II Beynəlxalq Novruz Festivalı keçiriləcək Festivalda 7 ölkənin nümayəndələri iştirak edəcək
Mədəniyyət siyasəti
178
13 Mart , 2015 14:25
Azərbaycanda II Beynəlxalq Novruz Festivalı keçiriləcək

Bakı. 13 mart. REPORT.AZ/ Novruz bayramı münasibətilə martın 20-dən 23-dək Bakıda II Beynəlxalq Novruz Festivalı keçiriləcək.

“Report” xəbər verir ki, bu ilki bayram tədbirləri də İçərişəhərdə olacaq.

II Beynəlxalq Novruz Festivalı Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilir.

Festival 4 gün davam edəcək və bu ilki festivalda 7 ölkənin nümayəndələri iştirak edəcək.

Festival günlərində Qoşa qala qapısı meydanında “Meydan bazarı” təşkil olunacaq. Yerli və xarici ölkə nümayəndələrinin iştirak edəcəyi “Meydan bazarı”nda hər bir ölkənin mədəniyyətini əks etdirən video çarxlar, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələri sərgilənəcək.

Bundan başqa, bayram şənliklərində konsert proqramları, kəndirbazların oyunları, pəhləvanlar, Kosa və Keçəlin iştirakı ilə Novruz nömrələri və s. nümayiş ediləcək.

Qeyd edək ki, martın 20-21-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da, Novruz bayramı ilə əlaqədar olaraq tədbir keçiriləcək. Tədbirə qatılmaq istəyənlər, Qoşa qala qapısı qarşısından yola düşəcək nəqliyyat vasitəsi ilə festivalda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi