İtaliyalı heykəltəraş müəllifi olduğu kompleksi Bakıda reallaşdıracaq

İtaliyalı heykəltəraş müəllifi olduğu kompleksi Bakıda reallaşdıracaq Abidədə Nizami və Şekspir sənətinin əlçatmazlığı təsvir ediləcək
Mədəniyyət siyasəti
19 May , 2015 20:25
İtaliyalı heykəltəraş müəllifi olduğu kompleksi Bakıda reallaşdıracaq

Bakı. 19 may. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən italiyalı heykəltəraş-rəssam Poli Albano ilə görüşüb.

"Report" xəbər verir ki, Poli Albano Verona şəhərində müəllifi olduğu kompleks barədə nazirə məlumat verib.

Kompleksin maketini nazirə təqdim edən italiyalı sənətkar bildirib ki, buradakı ölkənin mədəni yaxınlığı, böyük söz dühaları - Nizami və Şekspir sənətinin əlçatmazlığı öz əksini tapıb. Heykəl tuncdan və mərmərdən hazırlanıb.Qonaq vurğulayıb ki, hər il bu kompleksi 25 milyon turist ziyarət edir və onun Bakıda reallaşdırılması Azərbaycana turist axınını artıra bilər.

Nazir öz növbəsində Bakıda tarixi-mədəni abidələrin bərpa işlərində İtalyan sənətkarlarının da yaxından iştirak etdiyini vurğulayıb. Qeyd olunub ki, paytaxtda bir sıra mədəniyyət ocaqlarının əsaslı təmirində italyan sənətkarlarının əməyi var.

Əbülfəs Qarayev qeyd edib ki, Verona şəhərindəki kompleksin Azərbaycan paytaxtında yaradılması böyük rezonansa səbəb ola bilər. 

Son xəbərlər

Orphus sistemi