Yuxarı

İlk Buktreylerlər Festivalının Münsiflər Heyətinin tərkibi açıqlanıb

Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda İlk Buktreyler Festivalının Münsiflər Heyətini təqdim edib

Bakı. 14 aprel. REPORT.AZ/ İlk Buktreyler Festivalına işlərin qəbulu başa çatıb. Artıq Münsiflər Heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayıb.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Festivalın obyektiv keçirilməsi məqsədi ilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda aparılacaq (yəni bir münsif digər münsifin verdiyi qiymətdən xəbərdar olmayacaq). Sonda isə yekun olaraq Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Münsiflər Heyətinin tərkibi də açıqlanıb.

ÇİNGİZ ABDULLAYEV

Azərbaycan detektiv yazıçısı, nasir, publisist. Hüquq elmləri doktoru. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. "Prezident ovu", "Əclafların kredosu", "Uğursuzun hekayəti", "Qaniçənlər aynası", "Məhşər ayağında", "Qazanılmış cəhənnəm" və s. əsərlərin müəllifidir. Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

RAMİZ FƏTƏLİYEV

Ssenarist, rejissor, kino redaktoru. Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi, Respublika Dövlət mükafatı laureatıdır. Moskvada Ali rejissorluq və ssenaristlər kursunu bitirmişdir. SSRİ-nin bir sıra kinostudiyalarında ssenariləri çəkilib.

ELXAN CƏFƏROV

Aktyor, kinorejissor. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya institutunun aktyorluq fakultəsinin məzunudur. "Yenə o bağ olaydı", "Qarabağdır Azərbaycan", "Əlavə təsir", "Dolu", "Yarımçıq xatirələr" və s. filmlərin rejissorudur. 2015-ci ildə "Dolu" filminə görə "Ən yaxşı rejissor işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.

ÜLVİYYƏ KÖNÜL

Rejissor, klipmeyker. Space TV və Lider TV-də rejissor kimi çalışmışdır. "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Vəkil hanı?" və "Həddindən artıq təsadüf" filmlərinin rejissorudur. Bir sıra tədbir və kliplərin, görkəmli alim Yusif Məmmədəliyevin 100 və dahi bəstəkar Qara Qarayevin 90 illiyinə həsr edilmiş konsertlərin rejissorudur. 2000-ci ildə "Dəşti" klipinə görə "Humay" mükafatına layiq görülmüşdür.

NADİR MEHDİYEV

Kinooperator. Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinin məzunudur. "Əlavə təsir", "Dolu", "Yarımçıq xatirələr" və s. filmlərin operatorudur. 2015-ci ildə "Dolu" filminə görə "Ən yaxşı operator işi" nominasiyasında "Qızıl Pəri" mükafatına layiq görülmüşdür.

RUSLAN SABİRLi

Kinoaktyor, musiqi müəllifi. İlk Bukteyler Festivalının təsisçisidir. Almaniyada aktyorluq və rejissorluq kursunu bitirmişdir. "Xəyanət", "Əsl Sevgi", "Sürücü", "Muradına çatan Günəş", "Sənə inanıram" seriallarında baş rolları canlandırıb. Qafqazda Facebook və Odnoklassniki sosial şəbəkələrində profili təsdiqlənmiş ilk tanınmış insandır.

Buktreyler lakonik, intriqada saxlayan və əsərin məzmununu çatdıra bilən olmalıdır. Yadda saxlayın ki, buktreylerin əsas vəzifəsi – oxucuda kitaba maraq oyatmaqdır.

Qalibləraprelin 23-də Beynəlxalq Kitab günündə Nizami Kino Mərkəzində müəyyən olunacaq.

Festivalın məqsədlərikitab və mütaliənin cəmiyyətimizdə təbliği, mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin (rejissor, operator, rəssam, aktyor, qrimçi və s.) üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi