“Göyçək Fatma” tamaşasının yeni quruluşda premyerası olacaq

“Göyçək Fatma” tamaşasının yeni quruluşda premyerası olacaq Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın premyerası olacaq.
Mədəniyyət siyasəti
13 Dekabr , 2021 12:45
“Göyçək Fatma” tamaşasının yeni quruluşda premyerası olacaq

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında daha bir tamaşanın premyerası olacaq.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 19-da “Göyçək Fatma” tamaşası tam fərqli quruluş və səhnə tərtibatında yenidən balaca tamaşaçıların ixtiyarına veriləcək.

Eyni adlı məşhur Azərbaycan xalq nağılı əsasında Kəmalə Ağayevanın pyes halına saldığı “Göyçək Fatma” nağıl tamaşası sırf Kukla Teatrının repertuarında bir neçə dəfə hazırlanıb. Budəfəki quruluşa gəlincə nümunəyə çağdaş teatr estetika və üslubunda yanaşılmaqla vizuallığı daha da artırılıb.

Mərhum dramaturq Rəhman Əlizadənin səhnələşdirməsi saxlanılmaqla ərsəyə gələn tamaşaya teatrın baş rejissoru Qurban Məsimov quruluş verib. Köhnə quruluşdan fərqli olaraq bu dəfə texniki baxımdan daha çoxfunksiyalı, həcmli və rəngarəng alınan tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Görkəmli uşaq bəstəkarı Oqtay Zülfüqarovun tamaşaya yazdığı musiqiləri də saxlayan yaradıcı heyət uşaqlar üçün maraqlı, rəngarəng musiqili həllə nail olublar.

Birhissəli uşaq tamaşasında rolları aparıcı səhnə ustaları Cəmilə Allahverdiyeva, Aygül Ağayeva, Ülviyyə Əliyeva, aktyorlar Ramiz Qəmbərov, Yasin Abbasov, Nərmin Əhmədova, Yusif Baxşəliyev ifa edirlər.

Son xəbərlər

Orphus sistemi