Zuğulbada Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyasının binasının tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün baxış keçiriləcək.
Bununla bağlı "Report"un sorğusuna cavab olaraq, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Bakının Xəzər rayonu ərazisində yerləşən sanatoriyanın tərk edilmiş binası hazırda daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil deyil. Tikilinin tarixi və memarlıq əhəmiyyətinin müəyyən edilməsi üçün baxış keçiriləcək.
Xatırladaq ki, Gindes adına Uşaq Sümük-Vərəm Sanatoriyası bir neçə il öncə müasir binaya köçürülüb. Sanatoriyanın 1919-cu ildə istifadəyə verilmiş əski binası isə tərk edilib və heç bir məqsədlə istifadə olunmur.