Bakı. 30 dekabr. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovu və Musiqili Teatrın direktoru Əliqismət Lalayevi mükafatlandırıb.
"Report" xəbər verir ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin əmri ilə hər iki direktor “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunublar.
M.Həmidov və Ə.Lalayev bu mükafata Azərbaycan teatr sənətinin inkişafındakı xidmətlərə görə layiq görülüblər.



