Gələn il musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyası keçiriləcək
Mədəniyyət siyasəti
- 27 dekabr, 2017
- 12:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 dekabr. REPORT.AZ/ "Gələn il Azərbaycanda musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiyası keçiriləcək".
"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.
Nazirliyin sisteminə aid olan təhsil müəssisələrinin fəaliyyətindən danışan Əbülfəs Qarayev Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyası keçiriləcək.
Son xəbərlər
02:30
Antonelli "Formula 1" tarixinin ən gənc çempionu olub
Formula 1
02:13
Pakistanın ən iri neft emalı şirkətlərinin mənfəəti 1 860 %-dən çox artıb
Energetika
01:50
Gyurov Bolqarıstanda prezident seçkilərində məğlubiyyətini etiraf edib - Yenilənib-2
Digər ölkələr
01:07
Foto
Video
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
Digər ölkələr
00:58
Foto
Azərbaycan və Surinam ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Xarici siyasət
00:17
Rəsmi Tehran: ABŞ ilə mümkün yeni müharibə əvvəlkindən daha uzun çəkə bilər
Region
23:53
Tədqiqat: Pəhriz və fiziki məşqlər gənclərdə 2-ci tip diabetin remissiyasına kömək edib
Sağlamlıq
23:36
Spiegel: Almaniya Müdafiə Nazirliyi yeni helikopterlərlə bağlı problemlə üzləşib
Digər ölkələr
23:18
Makqreqor karyerasını başa vurur
Fərdi