Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb

Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb Füzuli sakinləri Novruzun gəlişini böyük coşqu ilə qarşılayıb, Torpaq çərşənbəsində bir araya gəliblər.
Mədəniyyət siyasəti
18 mart 2025 21:36
Füzulidə İlaxır çərşənbənin tonqalı alovlandırılıb

Füzuli sakinləri Novruzun gəlişini böyük coşqu ilə qarşılayıb, Torpaq çərşənbəsində bir araya gəliblər.

"Report"un yerli bürosu xəbər verir ki, şəhər mərkəzində yerləşən parkda keçirilən bayram şənliyində Füzuli sakinləri ilə bərabər, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin rəsmiləri, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanı əməkdaşları iştirak ediblər.

Şəhər mərkəzində sərgilənən yarmarkada Füzuli sakinlərinin hazırladıqları əl işləri və mətbəx nümunələri sərgilənib.

Tədbir incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam edib. Musiqi sədaları altında Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzinin rəqs ansamblı ilə birlikdə bayram iştirakçıları rəqsə qoşulub. Həmçinin İlaxır çərşənbə olan Torpaq çərşənbəsinin tonqalı alovlandırılıb, ətrafında yallı rəqsi oynayıblar.

Son xəbərlər

Orphus sistemi