Yuxarı
    Bağlamaq

    Fransa səfirliyinin əməkdaşı Musiqili Teatrda olub

    Qonaq teatrın direktoru Əliqismət Lalayev ilə görüşüb

    Bakı. 16 mart. REPORT.AZ/ Fransanın ölkəmizdəki səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Yohan Schitterer Azərbaycan Dövlət Musiqli Teatrında olub.

     Teatrın mətbuat xidmətindən "Report"a  bildirib ki, teatrın direktoru Əliqismət Lalayev qonaqla görüşdə teatr sənətinin inkişafına dair Dövlət Proqramının qəbul edilməsinin Azərbaycan teatrlarının inkişafında müstəsna rol oynadığı və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Proqramından irəli gələn məsələləri uğurla yerinə yetirdiyini xüsusi olaraq vurğulayıb. 

    Sonra Ə.Lalayev məşhur fransız dramaturqu M.Komolettinin “Xoşbəxt ailə oyunu oynayırıq və ya fransızsayağı qarnir” əsərinin uzun müddətdir ki, Azərbaycan Dövlət Musiqli Teatrının repertuarında yer aldığını, tamaşaçılar tərəfindən böyük maraqla qarşılandığını qonağın nəzərinə çatdırıb.

    Fransanın Azərbaycandakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Yohan Schitterer yüksək səviyyəli qəbula görə Ə.Lalayevə təşəkkürünü bildirib.

    “Teatrınızın binası ilə tanış oldum. Burada yaradılmış yaradıcı və texniki şəraiti görəndən sonra, tam səmimi deyirəm, bir anlığa mənə elə gəldi ki, Parisdə, hansısa mədəniyyət ocağındayam. Yaxın vaxtlarda tamaşalarınızdan birini izləməyə gələcəyik. Dramaturqlar, rejissorlar, aktyorlarla bağlı qarşılıqlı mübadilələrin aparılması düşünürəm ki, ölkələrimiz arasında mədəni əlaqələrin getdikcə daha da sürətlə inkişaf etməsinə zəmin yaradacaq . Hesab edirəm ki, bu cür görüşlər və qarşılıqlı əməkdaşlıq iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır və bu qəbildən olan görüşlərin müntəzəm keçirilməsinin çox böyük əhəmiyyəti vardır” - Yohan Schitterer deyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi