Frankofoniya Günləri çərçivəsində Bakıda 8 film nümayiş etdiriləcək

Frankofoniya Günləri çərçivəsində Bakıda 8 film nümayiş etdiriləcək Məşhur Fransalı caz ifaçısı Pyer De Treqomen və Azərbaycan xanəndəsi Qoçaq Əskərov Bakıda birgə konsertlə çıxış edəcəklər
Mədəniyyət siyasəti
28 Mart , 2018 17:55
Frankofoniya Günləri çərçivəsində Bakıda 8 film nümayiş etdiriləcək

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda aprelin 1-dən 14-dək "Frankofoniya Günləri - 2018" adlı tədbir keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, ənənəvi Frankofoniya Günləri çərçivəsində müxtəlif tədbirlər baş tutacaq, həmçinin konsertlər, sərgilər, konfranslar və fransız dilində film nümayişləri təşkil ediləcək.

Bu il Bakı tamaşaçılarına Fransa, Yunanıstan, Macarıstan, Litva, Mərakeş, Meksika, Rumıniya səfirlikləri, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi tərəfindən təklif olunan və frankofon kinematoqrafiya yaradıcılığının müxtəlifliyini əks etdirən 8 film nümayiş etdiriləcək.
Filmləri YARAT Müasir İncəsənət Mərkəzində, "Landmark" oteldə, "CinemaPlus Azerbaijan"da izləmək olar.

Frankofoniya Günləri çərçivəsində məşhur fransalı caz ifaçısı Pyer De Treqomen və Azərbaycan xanəndəsi Qoçaq Əskərov Bakıda birgə konsertlə çıxış edəcəklər.

Qeyd edək ki, Frankofoniya Günləri hər il Bakıda yazda keçirilir. Frankofoniya fransızca danışan insanları birləşdirir. 1970-ci ildən etibarən analoji adda təşkilat da fəaliyyət göstərir və o, fransızdilli ölkələrin əməkdaşlığı ilə məşğul olur.

Son xəbərlər

Orphus sistemi