İyunun 28-də “Ənənəvi incəsənət vasitəsilə inklüziv təhsilin təşviqi” layihəsinin təqdimatı olub.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki,
Qeyd ediliB ki, layihə
Diqqətə çatdırılıb ki, bu layihəyə cəlb olunan müəllim və sənətkarlar sağlamlığı məhdud gəncləri digər gənclərlə birlikdə öyrətmək üçün zəruri bilik və bacarıqlarla təmin ediləcəklər. Onların inklüziv təhsil prinsipləri barədə məlumatlılığı yerli və beynəlxalq təlimlər vasitəsilə artırılacaq. Layihə inklüziv peşə təhsili modelinin təşviqinə və ölkədə sağlamlıq imkanları məhdud şəxslər üçün bərabər şəraitin təmin edilməsinə töhfə verəcək. Sağlamlıq imkanları məhdud gənclərin ənənəvi incəsənət sahəsində əmək bazarının tələblərinə uyğunluğu artırılacaq. Proqram başa çatandan sonra layihənin nəticələrindən müvafiq tövsiyələrin hazırlanmasında istifadə olunacaq.
Bildirilib ki, layihənin əsas hədəf qrupları xüsusi məktəblərdə formal təhsil almış, inklüziv incəsənət və sənətkarlıq üzrə peşə təhsili proqramında iştirak etməkdə maraqlı olan sağlamlıq imkanları məhdud gənclər, təhsil prosesində iştirak edən təlimçilər, xüsusi təhsil verənlər, İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin işçi heyəti və seçilmiş pilot məktəblərdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva layihəyə cəlb olunan sağlamlıq imkanları məhdud gənclərlə söhbət etdi, onlarla şəkil çəkdirib.




















