Bakı. 23 yanvar. REPORT.AZ/ "ABŞ tərəfindən ünvanıma yönələn bütün ittihamlar fantastikadır"
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu müğənni
Daha əvvəl musiqiçinin vəkili Skott Balber NBC telekanalına açıqlamasında ABŞ-ın "Rusiya işi" üzrə xüsusi prokuroru Robert Müllerin rusiyalı müğənni Emin Ağalarovun dindirilməsini tələb etdiyini bildirib. Dünən E.Ağalarov "Twitter"də ondan asılı olmayan səbəblərdən ABŞ və Kanadaya qastrollarını ləğv etdiyini açıqlayıb.
"Heç bir qanunu pozmamışam, gizlədəsi bir şeyim yoxdur. Məni hardasa saxlayıb kameraya qoysalar, nə edə bilərəm? Yəqin taleyim belədir. Əlbəttə, bunun baş verməsini istəmirəm, amma nə edə bilərəm?! Amma yenə deyirəm ki, heç bir sərhəd, qanun pozmamışan, bunlar hətta gülməlidir. Müzakirə olunanlar fantastika aləmindədir", - E.Ağalarov deyib.
ABŞ mətbuatının yazdığına görə, ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp 2016-cı ilin iyun ayında "Crocus Group"un sahibi