Elisso Bolkvadze: "Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür"

Elisso Bolkvadze: "Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür" Bu gün Gürcüstanda Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi və Gürcüstandakı səfirliyinin dəstəyi ilə 10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri, gürcü xalqının da yaxın dostu He
Mədəniyyət siyasəti
2 Oktyabr , 2023 19:47
Elisso Bolkvadze: Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Bu gün Gürcüstanda Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi və Gürcüstandakı səfirliyinin dəstəyi ilə 10-cu “Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı” çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri, gürcü xalqının da yaxın dostu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş sərgi və Azərbaycan axşamı - Ənənəvi muğam tədbiri keçiriləcək.

"Report"un Gürcüstan bürosu xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında tədbirdən öncə Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri, tanınmış pianoçu, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadze məlumat verib.

Ulu Öndər Heydər Əliyevə həsr edilmiş mədəni tədbirlərin Gürcüstanda təşkil edilməsinin çox böyük əhəmiyyət daşıdığını, onun Gürcüstanın böyük dostu olduğunu vurğulayan E.Bolkvadze deyib: “Bu gün Batumi musiqi festivalı çərçivəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr edilmiş çox xüsusi bir gün qeyd olunacaq. Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş sərgi və UNESCO-nun mədəni irs siyahısına daxil edilmiş qədim musiqi janrı olan muğam konserti olacaq. Bununla da Batumidə ilk dəfə olaraq muğam gecəsi baş tutacaq. Bizim üçün böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkil edilməsi olduqca mühümdür. Çünki Heydər Əliyev Gürcüstanın böyük dostu, böyük siyasi xadim olub. O, həmçinin Azərbaycan mədəniyyətinin inkişafına böyük töhfələr verib. Çox sevindirici haldır ki, görkəmli siyasi xadimin mədəniyyət sahəsindəki siyasətini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu gün uğurla davam etdirir”.

"Konsertin və sərginin ərsəyə gəlməsində Heydər Əliyev Fondu, Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Gürcüstandakı səfirliyi çox böyük dəstək göstərib. Biz bu cür böyük dəstəyə görə, dərin təşəkkürümüzü bildiririk", - deyə E.Bolkvazdze bildirib.

Onun sözlərinə görə, Batumi festivalı Gürcüstanda UNESCO himayəsi altında baş tutan ən böyük mədəniyyəti tədbirlərindən biridir. Bu festivalın UNESCO dəyərlərinə daxil olması hamı üçün çox önəmlidir. Festival iştirakçılarına çox rəngarəng bir proqram təqdim edilir və festival çərçivəsində mədəni diplomatiya məsələlərinə çox böyük önəm verilir.

Oktyabrın 7-də azərbaycanlı gənc pianoçular gürcü, macar və digər xalqların pianoçuları ilə birlikdə erməni pianoçularla birgə eyni mühitdə, eyni səhnəni bölüşəcəklər. Bu istedadların bayramı olmaqla yanaşı, həm də bütün dünyaya sülh mesajıdır.

Komitə sədri bir neçə gün öncə Azərbaycana səfəri çərçivəsində iki ölkənin parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlığa dair memorandum barədə də danışıb.

Bildirib ki, bu sənəd ölkələrimiz arasında mədəni, humanitar və digər sahələrdə əməkdaşlığımızın genişləndirilməsinə, daha da möhkəmləndirilməsinə təkan verəcək.

Son xəbərlər

Orphus sistemi