Türkiyənin nazir müavini Azərbaycanla əməkdaşlığın əsas prioritetini açıqlayıb

Türkiyənin nazir müavini Azərbaycanla əməkdaşlığın əsas prioritetini açıqlayıb "Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olaraq kinematoqrafiya sahəsində yeni əməkdaşlıqlar qurması təqdirəlayiqdir"
Mədəniyyət siyasəti
4 Mart , 2021 13:29
Türkiyənin nazir müavini Azərbaycanla əməkdaşlığın əsas prioritetini açıqlayıb
Əhməd Misbah Dəmircan

"Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İstanbula işgüzar səfəri çərçivəsində Türkiyənin tanınmış kino şirkətlərinin rəhbərləri ilə görüşlər keçirdi. Eyni zamanda, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə bir araya gəldi".

Bunu “Report”un yerli bürosuna açıqlamasında Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Misbah Dəmircan bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin bir millət-iki dövlət olaraq kinematoqrafiya sahəsində yeni əməkdaşlıqlar qurması təqdirəlayiqdir: "İki ölkə arasında mövcud mədəni əlaqələrin gücləndirilməsi həm xalqlararası münasibətlərin daha da yaxınlaşması, həm də mədəni inteqrasiya proseslərinin sürətlənməsinə təkan verəcək".

Natiq Çıraqzadə

Son xəbərlər

Orphus sistemi