Yuxarı

Əbülfəs Qarayev Salyanda vətəndaşları qəbul edəcək

Görüş martın 30-da saat 11:00-da olacaq

Bakı. 28 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev martın 30-da saat 11:00-da Salyan şəhərində Salyan, Biləsuvar, Hacıqabul, Neftçala, Cəbrayıl rayonlarından və Şirvan şəhərindən olan vətəndaşların qəbulunu keçirəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi