Yuxarı

Əbülfəs Qarayev “Şahdağ” Turizm Mərkəzində olub

Nazir turizm kompleksində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qusar rayonu ərazisindəki “Şahdağ” Turizm Mərkəzində olub.

“Report” xəbər verir ki, nazir turizm kompleksində aparılan tikinti-quraşdırma işlərinin gedişi ilə maraqlanıb.

Kompleksin baş layihəçisi və baş podratçı təşkilatların rəhbərləri ilə işlərin gedişini ətraflı müzakirə edən Əbülfəs Qarayev müəyyən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyə və tapşırıqlarını verib.

Nazir, həmçinin “Şahdağ” Turizm Mərkəzinin müdiriyyəti və burada fəaliyyət göstərən hotellərin idarəçiliyini həyata keçirən şirkətin təmsilçiləri ilə görüşüb.

Görüşdə Prezident İlham Əliyevin 10 sentyabr 2015-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində “Şahdağ” Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” sərəncamın əhəmiyyəti vurğulanıb, sərəncamın icrası ilə bağlı bütün tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Kompleksdə qış turizm mövsümünə hazırlıq işlərinin vəziyyəti barədə nazirə məlumat verilib. Yeni il münasibətilə hazırlanan mədəni-əyləncəli proqramlara dair təqdimat keçirilib. Əbülfəs Qarayev turizm mərkəzində mövsümə hazırlıqla bağlı müvafiq tapşırıqlar verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi